-
- 23-04-2022, 16:42
- 1 256
Ölümsüzlüyün 11-ci ili... - Anar Məmmədxanov anıldı - VİDEO
“Azərbaycanın sivil dünyada nüfuzunun yüksəlməsi həyatımın əsas mənası olub və mən ömrümün ən gözəl illərini bu işə sərf etmişəm.”
Bu sözlər Anar Məmmədxanovun məzar daşı üzərində yazılan və yaşayarkən həyatının əsas qayəsini göstərən sözlərdir. Ömrünü Azərbaycanın inkişafı üçün sərf edən Məmmədxanov təkcə siyasi görüşləri, ideyaları ilə deyil, eyni zamanda dərin yumor hissi ilə də yaddaşlarda qalıb. Şən, hazırcavab Bakılı oğlan öz sətiraltı ifadələri ilə təkcə tamaşaçılarını güldürməz, eyni zamanda onları düşünməyə də vadar edərdi.
“Nə etsəm də, Azərbaycanlıların yaddaşında “Parniz Baku” komandasının kapitanı kimi qalacağam” deyirdi Anar Məmmədxanov. Elə sevənləri də bu gün onu hazırcavab, şən, Bakılı oğlan kimi xatırlayır.
Bu gün onun vəfatının 11-ci ildönümüdür. Ailə üzvləri, yaxınları, dostları bu gün növbəti dəfə onun xatirəsinin işığına- İİ Fəxri Xiyabandakı məzarı başına toplaşdılar.
Növbəti dəfə Anarla bağlı xatirələrini paylaşıb xoş anlarını yada saldılar. Onun necə vətənpərvər, yurda, torpağa bağlı olmasından, Şuşanı görmək arzusundan danışdılar. "Bu gün Anarın ruhu şaddır. Çünki torpaqlarımız azad, həsrətini çəkdiyi Şuşa azaddır. Anarın ruhu o azad torpaqlarda dolaşır" dedilər.
Anar Məmmədxanovla bağlı xatirələr News24.az-ın anım günündən hazırladığı videoda:
Müxbir: Qumral ƏLİYEVA
Video: Nicat NİFTƏLİYEV