"Nənəm qazı açıb, isti bıçaqla əlimi yandırır" - Azərbaycanda 5 yaşlı uşağa DƏHŞƏTLİ İŞGƏNCƏ VERİLDİ
    • 24-04-2022, 10:03
    • 448

"Nənəm qazı açıb, isti bıçaqla əlimi yandırır" - Azərbaycanda 5 yaşlı uşağa DƏHŞƏTLİ İŞGƏNCƏ VERİLDİ

"Nənə var ki, nəvəsini bağrına basar, nənə də var nəvəsinə dağ basar".

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə nənəsi tərəfindən işgəncəyə məruz qalan uşaq barəsində paylaşım edərkən bildirib.

"Onun 5 yaşı var. Dünən gəlib. Əllərində yara, üzündə isə gülüş var. Dedi ki, anası rəhmətə gedib, atası isə həbsdədir: "Nənə məni çox döyür. Bıçaqdan qorxuram. Həmişə qazı açıb, bıçaqla əllərimi yandırır. Olar ki, mən buradan getməyim?"

Bir uşağa görə dünəndən özümüzü öldürürük ki, həyatda qalsın. Bu uşağı isə öz doğması öldürməyə cəhd edir, işgəncə verir. Allahım, ədalət istəyirəm", - deyə Kəmalə Ağazadə paylaşımında vurğulayıb.