Azadlıq prospektində ağır qəza törədən sürücüyə hökm oxundu
    • 25-04-2022, 14:45
    • 632

Azadlıq prospektində ağır qəza törədən sürücüyə hökm oxundu

Ötən il oktaubrın 11-də saat 18:00 radələrində Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsində piyadan vurub öldürən sürücüyə hökm oxunub.

News24.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində 1980-cı il təvəllüdlü Məmmədov Ramiz Əyyar oğlunun “Mercedes” markalı, 99-RH-463 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1941-ci il təvəllüdlü piyada Cəfərov Kamal Səfərli oğlunu vuraraq öldürməsi faktı ilə açılmış işə baxılıb. Məhkəmə sürücünü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilərək onun 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə hökm edib.

Qeyd edək ki, hadisə vaxtı yük maşınının saatda 40 kilometr sürətlə hərəkət etməsi məlum olub. Avtomobil piyada Kamal Cəfərovu vuran kimi sürücü maşını saxlayaraq yaralı halda olan şəxsi xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.