Prezident ÜST-ə təşəkkür etdi
    • 26-04-2022, 14:42
    • 366

Prezident ÜST-ə təşəkkür etdi

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.

News24.az xəbər verir ki, dövlət başçısı təşəkkürünü aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən çatdırıb.

Prezident İlham Əliyev ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd edib.