Azərbaycanda iş yerini tərk edən şəxs intihar etdi
    • 28-04-2022, 15:25
    • 430

Azərbaycanda iş yerini tərk edən şəxs intihar etdi

Dünən Bərdə rayonunda kanalda batan 24 yaşlı oğlanın intihar etdiyi məlum olub.

News24.az
-ın əldə etdiyi məlumata görə, 24 yaşlı Orucov Elməddin Yusif oğlu aprelin 27-də Qaraqurdalı kəndində işlədiyi mağazadaın çıxaraq Yuxarı Qarabağ kanalına doğru hərəkət edib və özünü suya atıb. Hazırda onun axtarışları aparılır.

Araşdırmalar zamanı 24 yaşlı Elməddin Orucovun intihar etməsi üzə çıxıb. Məlum olub ki, son 2 ayda o, bədənindəki (qarının aşağı hissəsi) xəstəliklə əlaqədar müalicə edilib. Bu xəstəlik onda psixoloji sarsıntı yaşadıb və Elməddin həyatına son qoyub.

Onun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda onun meyitinin axtarışları davam etdirilir.