Güzdəkdə qonşu qonşusunu tikintiyə görə döyüb burnunu sındırdı
    • 28-04-2022, 16:17
    • 502

Güzdəkdə qonşu qonşusunu tikintiyə görə döyüb burnunu sındırdı

Abşeron rayon Məhkəməsində 2 ay əvvəl Güzdək qəsəbəsində qonşular arasında baş vermiş dava-dalaşa görə açılmış cinayət işinə baxılıb.

News24.az-ın məlumatına görə, hadisə fevralın 18-də axşam saatlarında baş verib. Güzdəkdə yaşayan Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Şükür Şükürov qonşusu Söyüdmalı Piriyevin onun evinin hasarına bitişik ikinci ev tikməsinə görüb bu barədə ona irad bildirib. Ş.Şükürov qonşusuna onun evinin damından axacaq suyun onun həyətinə töküləcəyini, hasarı boyamaq və suvamağın mümkün olmayacağını deyərək yeni tikdiyi evin hasardan bir qədər aralı inşa etməsini bildirib.

Lakin Söyüdmalı qonşusunun fikri ilə razılaşmayıb və fevralın 18-də onlar küçədə bu məsələyə görə yenidən mübahisə ediblər. Mübahisə zamanı Şükür Söyüdmalını döyərək onun başına, bədəninə, bud nahiyəsinə müxtəlif dərəcəli xəsarətlər yetirib, həmçinin burnunu sındırıb.

Söyüdmalı Piriyev xəstəxanaya aparılıb, həmçinin polis faktla bğlı araşdrmalara başlayıb.

Qonşusunu döyən 41 yaşlı Şükür Şükürov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Ş.Şükürov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq taxılıb.