Akademik Zərifə Əliyevanın xatirəsi ANILDI - VİDEO
    • 28-04-2022, 16:50
    • 444

Akademik Zərifə Əliyevanın xatirəsi ANILDI - VİDEO

Görkəmli alim oftalmoloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

News24.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə ictimaiyyət nümayəndələri, elm və sənət adamları iştirak ediblər.

Tədbir Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb. İncəsənət xadimləri də öz növbələrində Azərbaycan qadınının fədakarlığına, böyüklüyünə həsr olunmuş mahnılar səsləndirməklə Zərifə xanımın xatirəsinə öz ehtiramlarını ifadə ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti barədə danışıb: "Zərifə xanım Azərbaycan xanımının bütün gözəl keyfiyyətlərini özündə birləşdirirdi. Onu tanıyan bütün insanların yaddaşında xoş xatirələrlə qalmıb. O, mehriban həyat yoldaşı, gözəl ana və sözün əsl mənasında böyük ziyalı idi". 

Tədbirdə məktəblilər də Zərifə Əliyevaya həsr olunan şeirlər səsləndiriblər. Görkəmli alim, oftalmoloq Paşa Qəlbinur Zərifə Əliyavnın xidmətlərinə görə sovet ittifaqı dövründə ən ali mükafata layiq görüldüyünü diqqətə çatdırılıb. Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Zərifə Əliyevanın oftomologiyanın inkşafında əvəzsiz xidmətləri olduğunu bir daha vurğulayıb.