Koçaryanın vəkili jurnalistin sualını Azərbaycan dilində cavablandırdı -VİDEO
    • 10-12-2018, 15:42
    • 973

Koçaryanın vəkili jurnalistin sualını Azərbaycan dilində cavablandırdı -VİDEO

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkili Ruben Sahakyan jurnalistin sualını azərbaycan dilində cavablandırıb.

 O, jurnalistin "Koçaryan nə vaxt həbs olunacaq?" sualına "bilmirəm" deyə cavab verib. Vəkilin videosu sosial şəbəkələrdə paylaşılıb və erməni millətçiləri tərəfindən birmənalı qarşılanmayıb. 
Belə ki, şərhlərdə onu "satılmış", "uzunqulaq" və s. adlandıraraq təhqir atəşinə tutublar.

Qeyd edək ki, Robert Koçaryan bir neçə gün öncə saxlanılıb. O, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.

//Qaynarinfo