Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilib - FOTO
    • 10-12-2018, 15:50
    • 1 097

Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilib - FOTO

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən beynəlxalq cüdo turniri keçirilib.

Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda kiçik yaşlı yeniyetmələr medallar uğrunda mübarizə aparıb.
Beynəlxalq turnirdə Azərbaycanın 30-dan çox şəhər və rayonunun cüdoçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan komandaları da yarışıblar. 
Sayca 7-ci olan turnirə 500-dən çox yeniyetmə cüdoçu qatılıb. Fərqlənən idmançılara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

//Report