-
- 10-12-2018, 16:23
- 1 045
Oğurlanan, 1 dollar qiyməti olan "Oskar" heykəlcikləri - Mükafatlandırma haqda 9 FAKT
“Oskar” kino həvəskarlarının böyük maraqla gözlədiyi əlamətdar hadislərdən biri sayılır.
Gələn il 91 ilini qeyd edəcək tədbir 25 fevral tarixində baş tutacaq.
Bəs “Oskar” mükafatlandırma mərasimi haqda nələri bilirk?
News24.az olaraq bir neçə maraqlı məqamı təqdim edirik:
1. 30 saniyəlik reklamın qiyməti nə az nə çox 2.6 milyon dollardır.
2. Heykəlciyin çəkisi 3,85 kq, hündürlüyü 34 sm, altının diametri isə 13,3 sm-dir.
3. Qırmızı xalçanın eni 10 metr, təqribi qiyməti isə 24700 dollardır.
4. “Oskar” heykəlciyini 1 dollara yalnız Kino İncəsənəti Akademiyasına satmaq mümkündür.
5. “Oskar” kolleksiyası toplayan pop kral Maykl Cekson 1999-cu ildə qara bazardan heykəlciyi 1.5 milyon dollara alıb.
6. İlk dəfə 16 may 1929-cu ildə keçirilən mükafatlandırma mərasimi cəmi 15 dəqiqə davam edib.
7. İkinci Dünya Müharibəsi dövründə qaliblərə plastik heykəlciklər təqdim olunub. Bu cəbhədə metala olan ehtiyaca görə edilib. Lakin müharibədən sonra qaliblərə təqdim olunan plastik heykəlciklər orijinalı ilə əvəz edilib.
8. 2002-ci ilədək tədbir 4 saat 23 dəqiqə davaçm edib. Lakin sonradan qaliblərə nitq söyləməkdə 45 saniyəlik limit qoyulub. Vaxt tamam olduqdan sonra aktyroun sözü bitməsə belə orkestr musiqi səsləndirir.
9. 2000-ci ildə yükləmə məntəqəsindən 55 “Oskar” oğurlanıb. Bir neçə gün sonra isə onlar zibil konteyrində aşkarlanıb. Heykəlcikləri tapan şəxs mükafatlandırma gecəsinə dəvət alıb və 50 min dollar mükafat alıb. Daha sonra isə həmin pul onun evindən oğurlanıb.
Teymur MƏMMƏDOV