Bakı-Quba yolunda avtobus qəzası: ölən və yaralananlar var

Bakı-Quba yolunda avtobus qəzası: ölən və yaralananlar var Kriminal
Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəsisi Səfayə Əhmədovanın News24.az-a verdiyi məlumata görə, sərnişin avtobusu "Nissan” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "Nissan”ın sürücüsü ölüb. Əraziyə 6 "Təcili yardım" maşını göndərilib.

Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan üç nəfərinin vəziyyəti ağırdır. 

Bakı-Quba yolunda avtobus qəzası: ölən və yaralananlar var