Tahir İmanovdan “Bu Şəhərdə”çilərə tənqid – “İti satiraları yoxdur” - VİDEO
    • 10-12-2018, 16:57
    • 932

Tahir İmanovdan “Bu Şəhərdə”çilərə tənqid – “İti satiraları yoxdur” - VİDEO

Xalq artisti, “Planet Parni İz Baku” komandasının bədii rəhbəri Tahir İmanov aparıcı Murad Arifin təqdimatında olan “Popumuz var” verilişinin qonağı olub.

News24.az xəbər verir ki,  İmanov verilişdə “Bu şəhərdə” komandası haqda da fikirlərini səsləndirib.

“Öncə onu deyim ki, Rafael İsgəndərov müasir dövrün ən istedadlı komiklərindəndir.

“Bu şəhərdə” konsertləri müəyyən çərçivədədirlər. Onların konsertlərində ciddi satira və tənqid yoxdur. Çox gülməli və məzəli səhnəciklər nümayiş  etdirirlər. Satiraları iti deyil. Bu onların seçimidir və hörmətlə yanaşıram”.

Verilişdən sözügedən görüntüləri təqdim edirik: