-
- 10-12-2018, 17:45
- 1 143
Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”
Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib.
Ziyafət Əsgərov bildirib ki, bu, saxta video - montajdır.
“Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”-deyə, sədrib birinci müavini vurğulayıb.
Qeyd edək ki, son günlər bəzi internet resurslarda, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse - spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.
//Report