ABŞ-da iki təyyarə toqquşdu - Ölənlər var
    • 18-07-2018, 12:39
    • 932

ABŞ-da iki təyyarə toqquşdu - Ölənlər var

ABŞ-ın Florida ştatında, Mayami yaxınlığındakı şəhərcikdə təyyarə qəzası baş verib.

Bu barədə CNN telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Beynəlxalq təlim aerodromundan səmaya qalxan iki təyyarə havada toqquşub və aerodromdan təxminən 15 kilometr kənarda yerə düşüb. Hadisə yerinə gələn xilasedicilər 3 nəfərin cəsədini aşkar edib. Cəsədlərin heyət üzvlərinə aid olduqları bildirilir.