-
- 10-12-2018, 18:53
- 4 900
"Leon" filmi haqda maraqlı faktlar - FOTO - VİDEO
Qurbanlarına aman verməyən, rəhmsiz və soyuqqanlı bir qatilin, sevgi hissini duyması ilə bağlı lentə alınan, ən gözəl filmlərdən biri də yəqin ki, “Leon” filmidir.
1994-cü ildə işıq üzü görən bu film fransız rejissor Lük Bessonun sənət əsəridir. News24.Az bu dəfə sizə “Leon filmi” haqda 14 fakt təqdim edir:
1. Natali Portman film üçün seçimlərdə iştirak etmiş, lakin yaşının az olması səbəbi ilə seçilməmişdi. Bir müddət sonra o, yenidən seçimlərdə iştirak etməyə nail olmuş və bu dəfə elə bir performans nümayiş etmişdi ki, rejissor Lük Besson bir saniyəlik belə olsun onun aktrisalıq istedadına şübhə etməyərək, onu Matilda rolu üçün seçmişdi.
2. Qəhrəmanların dibçəkdə özləri ilə gəzdirdikləri bitki Aqlaonema adlanır. İngilis dilində bu söz “ag-leon-ema” kimi tələffüs olunur.
3. Çəkilişlər zamanı gülməli bir hal yaşanıb. Bir nəfər bir mağazanı qarət edərək, əldə etdiyi qənimətlə şəhər küçələrində qaçırmış. Gözlənilmədən o çəkiliş qrupuna rast gəlir. Bir dəstə “polis” görən cinayətkar, dərhal təslim olmaq qərarına gəlir. Cinayətkar anlayanda ki, bütün polislər sadəcə filmdə çəkilən kütləvi səhnə iştirakçılarıdır, çox təəccüblənib.
4. Leon Qamon məşhur fransız ixtiraçısıdır. O, Lümyer qardaşları ilə birgə kinematoqrafiyanın inkişafına töhfə verib. Fransızların “Gaumont” kino şirkəti onun şərəfinə adlandırılıb və bu filmi də həmin şirkət istehsal edib.
5. Leonun istifadə etdiyi tapançanın adı Beretta 92-dir
6. Baş qəhrəmanın tam adı Leon Montanadır.
7. Filmin tam versiyasının xronometrajı 136 dəqiqədir.
8. Prodüser Patris Ledunun sözlərinə görə Lük Besson “Leonu” ehtiyat layihə kimi planlayıb. Çünki həmin vaxt (1997-ci il) rejissor artıq “Beşinci element” filminin üzərində çalışırdı. Lakin filmin çəkilişi Brüs Uilisin cədvəlinə görə təxirə salınmışdı. Rejissor çəkiliş qrupunu dağıtmaq və yaradıcı impulsunu itirmək əvəzinə “Leonu” yazdı. O, ssenarinin yazılmasına 30 gün sərf etdi, çəkilişlər isə 90 gün davam etdi.
9. Bu filmdə Natali Portman öz debütünü etmişdi. O, bu rola seçiləndə 11 yaşı var idi.
10. Jan Renonun sözlərinə görə o, Leon obrazını biraz əqli qüsurlu və emosional cəhətdən əzgin oynamaq qərarına gəlmişdi. Aktyor hesab edirdi ki, belə olsa tamaşaçılar Leonun müdafiəsiz qızın etibarından öz həris maraqları üçün sui-istifadə edəcəyinə dair narahat olmazlar.
11. Leonun evində olan bütün səhnələr Parisdə, koridorda olan səhnələr isə ondan 6 həftə öncə Nyu-Yorkda çəkilmişdi
12. Matilda rolu üçün 2000 namizəd seçimlərə qatılmışdı.
13. Lük Bessonun sözlərinə görə Leon rolu əzəldən Jan Reno üçün nəzərdə tutulmuşdu. Mel Qibson və Kianu Rivs də bu rolu oynamaq arzusunda olublar.
14. Oteldə qeydiyyat zamanı Matilda “Makqaffin” adını istifadə edir. Bu termin Kinematoqrafiyaya Alfred Hiçkok tərəfindən gətirilib və filmin süjeti, əldə olunması ətrafında qurulan əşyanı ifadə edir.
Hazırladı: Səməd AĞAYEV