Ukraynada həlak olan mülki şəxslərin SAYI AÇIQLANDI
    • 3-05-2022, 11:18
    • 238

Ukraynada həlak olan mülki şəxslərin SAYI AÇIQLANDI

BMT müharibə zamanı Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı hesabatda qeyd olunub.

Məlumatda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı 3000-dən çox mülki şəxsin həlak olduğu deyilir.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3153 nəfərin öldüyünü və 3316 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 1-nə keçən gecə yarısına qədər olan məlumatlardır", - deyə bildirib.