İşğaldan azad olunan ərazilərdən  metal tullantılar  toplayanlar tutuldu
    • 4-05-2022, 16:22
    • 270

İşğaldan azad olunan ərazilərdən metal tullantılar toplayanlar tutuldu

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb. 

Bu barədə DİN-in Mətbuat Xidmətindən News24.az-a məlumat verilib.

Xocavənd RPŞ-nin əməkdaşları Azıx kəndi ərazisində xidmətdə olan zaman Altay Səfərəliyev, İlkin Məmmədov və Hümbət Səfərəliyevin idarələrində olan “Ford” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 2 ton olan metal tullantılar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.