Azərbaycanda 13 yaşlı qız  məktəbli oğlan tərəfindən zorlanıb
    • 5-05-2022, 13:28
    • 452

Azərbaycanda 13 yaşlı qız məktəbli oğlan tərəfindən zorlanıb

Azərbaycanda 13 yaşlı qızın zorlandığı iddia edilib.

News24.az Lent.az-ın məlumatına istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksində qeydə alınıb.

Oranın sakini olan bir qadın Abşeron rayon Polis İdarəsinə müraciət edərək, 13 yaşlı qızı R. C-nın (ad şərtidir) 16 yaşlı oğlan tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Qeyd edək ki, ittiham olunan oğlan və zərərçəkmiş qız məktəblidir.