-
- 18-07-2018, 13:18
- 1 354
Qənirə Paşayevaya qarşı dələduzluq: "Dünyadakı ən əxlaqsız, tərbiyəsiz adamdır"
Milli məclisin deputatı Qənirə Paşazadəyə qarşı “Facebook” sosial şəbəkəsində təxribatçılıq edilib.
News24.az xəbər verir ki, deputata qarşı təxribatçılıq edən şəxslər onun adına saxta hesab açaraq özlərini Qənirə Paşayeva kimi qələmə veriblər. Bu barədə deputatın özü şəxsi hesabında məlumat yayıb:
“Bunu kim edibsə dünyadakı ən əxlaqsız, tərbiyəsiz adamlardan biridir, oğrudur. Mənim adıma rəsmi səhifəmlə eyni adda səhifə açıb, ora rəsmi səhifəmdəki şəkili və məlumatları qoyub və tanınmış insanlara dostluq göndərən bu əxlaqsızın göndərdiyi dostluqları qəbul etməyin və ondan şikayət göndərin əziz dostlar. Bu əxlaqsız kimdirsə həm də peşəkar əxlaqsızdır. Məni səhifəni açan kimi əngəlləyib ki mən bu səhifəni görə bilməyim. Yaxşı ki dostlar xəbər verdi və linki göndərdi. Bunu edən adamda br az da olsa əxlaq anlayışı varsa qapasın səhifəni yoxsa rəsmi yollarla şikayət edib bu admini tapacağıq və tədbirlər görüləcək. Əziz dostlar səhifələrdən hansında dostluğunuz varsa, çox izləyici və 5000-ə yaxın dost varsa odur rəsmi səhifə, digəri fırıldaqçının açdığı səhifədir. Bu yalançı səhifəni şikayət edin xahiş edirəm”.