-
- 11-12-2018, 14:19
- 1 026
“Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri mükafatlandırılıb
Muğam Mərkəzində “Future Stars 2018” (“Gələcəyin ulduzları”) adlı IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.
Tədbiri açan Azərbaycan tərəfdən festivalın təşkilatçısı, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən festivalın təşkilatçısı, Gürcüstanın İncəsənət Xadimləri Birliyinin rəhbəri Nino Kupatadze çıxış edərək, festival çərçivəsində gənc ifaçıların bacarıqlarının layiqincə qiymətləndirildiyini və onların gələcəkdə müxtəlif beynəlxalq müsabiqələrdə ölkələrini uğurla təmsil edə biləcəklərinə əmin olduqlarını vurğulayıblar.
Sonra qaliblərə festivalın diplomları təqdim edilib. Birinci yeri tutan 15 gənc iştirakçıya mükafatlar verilib. Azərbaycandan Məhəmmədəli Paşazadə (klarnet) və Gürcüstandan Tsotne Sidamonidze (fortepiano) festivalın “Grand prix” mükafatına layiq görülüblər.
Sonda müsabiqə qaliblərinin iştirakı ilə yekun konserti olub.
Qeyd edək ki, dekabrın 6-dan 9-dək davam edən festival Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimləri Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Festivalda 3 ölkədən - Azərbaycandan 53, Gürcüstandan 23, İrandan isə 4 gənc iştirak edib.
//AZƏRTAC