Nazirlikdən ikitərəfli görüşdəki bayraqlarla bağlı AÇIQLAMA
    • 7-05-2022, 19:46
    • 740

Nazirlikdən ikitərəfli görüşdəki bayraqlarla bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ikitərəfli görüşün keçirildiyi otaqda BMT-nin və Maldiv Respublikasının dövlət bayraqlarının sərgilənməsi protokol qaydalarına tam uyğundur.

Belə ki, 2021-ci ildə Maldiv Respublikasının nümayəndəsi Abdulla Şahid BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib. BMT Baş Assambleyasında sədrliyi həyata keçirən ölkə BMT bayrağı ilə yanaşı öz dövlətinin bayrağını Prezidentin ofisində sərgiləyir./Publika.az/