Rusiya səfirinin üzərinə boya tökdülər - VİDEO
    • 9-05-2022, 15:36
    • 343

Rusiya səfirinin üzərinə boya tökdülər - VİDEO

Rusiyanın Polşadakı səfirininin üstünə sovet əsgərlərinin qəbiristanlığında qırmızı boya töküblər.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoymağa çalışarkən baş verib.

Aqressiv polşalılar və ukraynalılar onun yolunu kəsib, təhqiramiz şüarlar səsləndiriblər.

Hadisədən sonra Andreyev polisin müşayiəti ilə qəbiristanlığı tərk etmək məcburiyyətində qalıb.

Səfirin xəsarət almadığını bildirib.