-
- 10-05-2022, 17:45
- 289
Göldə sular çəkildi, insan cəsədləri üzə çıxdı
ABŞ-ın Kaliforniya əyalətində yerləşən Mead gölündə 2000-ci ildən bəri quraqlıq səbəbindən suyun səviyyəsi azalmağa başlayıb.
News24.az xəbər verir ki, mayın 1-də balıqçılar göldən metal çəlləkdən insan sümükləri tapıblar.
Polis çəlləyin içindəki şəxsin tapançadan açılan atəş nəticəsində ölmüş ola biləcəyini bildirib.
Milli Park Xidməti mövzu ilə bağlı açıqlamasında skelet qalıqlarının Mead gölünün Callville körfəzində aşkar edildiyini və araşdırmanın davam etdiyini bildirib.
Açıqlamada gölün qurumağa davam edəcəyi təqdirdə daha çox cəsədin tapıla biləcəyi bildirilib.
Qeyd edək ki, ABŞ-ın ən böyük su anbarı olan Lake Mead Las-Veqasdan Los-Ancelesə qədər 20 milyon insanı içməli su ilə təmin edir.