Azərbaycanda 49 yaşlı kişi qonşunun qızını aldadıb zirzəmiyə salıb zorladı – TƏFƏRRÜAT
    • 11-05-2022, 11:45
    • 677

Azərbaycanda 49 yaşlı kişi qonşunun qızını aldadıb zirzəmiyə salıb zorladı – TƏFƏRRÜAT

Gədəbəydə qonşuluqda yaşayan və psixi problemləri olan qıza qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Şahin Səmədova cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, hadisə keçən ilin 4 iyun tarixində baş verib. Rayonun kəndlərindən birində 49 yaşlı Şahin adlı şəxs sərxoş halda qonşuluqda yaşayan və müəyyən psixoloji problemləri olan Türkan M-i (ad və soyad şərtidir) aldadaraq yaşadığ evin zirzəmisinə gətirib. Belə ki, həmin vaxt Türkan həyətdə pencər bitkisi yığırmış və Şahin ona yaxınlaşaraq “sizin bəzi əşyalarınız bizdədi, gəl onları götür”, deyib. Gənc qız Şahinə aldanaraq onunla evin zirzəmisinə daxil olub. Burada Şahin qızın tək və köməksiz vəziyyətdə olmasından istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq əməlləri törədib, həmçinin qeyri təbii yolla cinsi əlaqədə olub. Bu hadisə 2 dəfə təkrarlanıb.

Türkanın baş verənlər barədə evdə danışmasından sonra hadisənin üstü açılıb və qonşular arasında narazılıq yaranıb. İfadə verən gənc qız deyib ki, Şahinin arvadı ona təklif edib ki, onu öz qardaşı oğlu ilə evləndirəcək və bunun müqabilində sussun.

Şahin isə deyilənlərin hamısını rədd edib. O, Türkana qarşı heç bir seksual xarakterli hərəkət etmədiyini, onun psixoloji problemləri olduğunu və bu səbəbdən hər şeyi uydurduğunu deyib.

Məhkəmə-tibbi ekspertizası qızın dediyi vaxtda onun qeyri-təbii yolla cinsi əlaqədə olmasını təsdiq edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 150.2.5-ci (seksual xarakterli zorakılıq hərəkətləri – təkrar törədildikdə) maddəsi ilə açılmış işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin Səmədova 6 il həbs cəzası verilib.