-
- 11-05-2022, 16:47
- 639
Azovda yanan gəmidə Azərbaycan vətəndaşları olub? - XİN AÇIQLADI
Ötən gün Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib. Yanğının ekipaj tərəfindən söndürüldüyü bildirilirdi.
Yayılan məlumatlara əsasən, Vanuatu bayrağı altında üzən “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər olub. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
News24.az-ın xəbərinə görə, Trend məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayıb.
XİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin məlumatlara görə, sözügedən gəmidə Azərbaycan vətəndaşları olmayıb.