Sinan Akçıl Burcu Kıratlıdan ikinci dəfə boşandı

Sinan Akçıl Burcu Kıratlıdan ikinci dəfə boşandı Şou

Ötən ilin fevralında ikinci dəfə evlənən Sinan Akçıl və Burcu Kıratlı bu gün keçirilən məhkəmə ilə 3 dəqiqəyə boşanıb.

Bu barədə News24.az türk mediasına istinadən məlumat verir.

Sinan Akçıl və aktrisa Burcu Kıratlı 2018-ci il yanvarın 1-də Amsterdamda nikah masasına oturub və 9 ay evli olan cütlük ani bir qərarla boşanıb.

Ayrılığa dözə bilməyən cütlük 2021-ci ilin fevralında evliliklərinə bir şans daha verib və yenidən evləniblər.

Bir müddətdir ayrı-ayrı evlərdə yaşayan Sinan Akçıl və Burcu Kıratlı bu gün məhkəmədə  3 dəqiqəyə boşanıblar.