Tütün məmulatının keyfiyyətinə dövlət nəzarət edəcək
    • 13-05-2022, 13:38
    • 431

Tütün məmulatının keyfiyyətinə dövlət nəzarət edəcək

Azərbaycanda tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti həyata keçiriləcək.

News24.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, Qanuna yeni 19.1-1-ci maddə əlavə olunub: Yeni maddəyə əsasən, sahibkarlara münasibətdə tütün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.