Respublika üzrə pensiyalar TAM ÖDƏNİLDİ
    • 13-05-2022, 15:03
    • 256

Respublika üzrə pensiyalar TAM ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşdırıb.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.