Elmi sensasiya: Ayın torpağında çiçək açdı – Şok layihə
    • 14-05-2022, 00:07
    • 215

Elmi sensasiya: Ayın torpağında çiçək açdı – Şok layihə

Bəşəriyyətin dünyadan kənarda həyat axtarışları istiqamətində daha bir mühüm addım atılıb.

ABŞ-ın Florida Universitetinin elm adamları ilk dəfə olaraq Aydan gətirilən torpaqda bitki yetişdiriblər. 

On iki qramlıq Ay torpağında çiçək toxumu cücərdilib.

Müqayisə üçün eyni toxum eyni şəraitdə Yerdən götürülmüş torpaqda da sınaqdan keçirilib. Bu prosesdə Ay torpağında köklərin daha yavaş böyüdüyü müşahidə edilib.

İyirmi gündən sonra bütün bitkilər yığılıb və onların DNT-si analiz edilib.

Ay torpağında əkinçilik NASA-nın Yerin peykində məskunlaşma və Mars kimi digər planetlərin yaşayış məskənlərinə çevrilməsi layihələrində mühüm addım kimi qiymətləndirilir./Teleqraf.com/