Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb
SOSİAL

16-05-2022, 11:18

Mətn ölçüsü

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu davam edir.

News24.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 11:00-dək 7039 subbakalavr ərizə verib.


Onlardan 5391-nin ərizəsi artıq təsdiq olunub.

Qeyd edək ki, ərizə qəbulu iyulun 1-dək davam edəcək. Ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də göstərilən tarixədək verilən linkdə (https://eservices.dim.gov.az/erizebak/subbak/) qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.