Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb
    • 12-12-2018, 17:38
    • 663

Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev "Diwali" təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.

Mükafat ümumilikdə beynəlxalq diplomatiyanın altı veteranına verilib. Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdiyi üçün mükafatlandırılıb.
Qeyd edək ki, mükafat Azərbaycandan başqa  Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.

//Report