Bakıda sürücü idarəetməni itirdi: Piyadalar son anda ölümdən xilas oldular - VİDEO
    • 17-05-2022, 12:56
    • 329

Bakıda sürücü idarəetməni itirdi: Piyadalar son anda ölümdən xilas oldular - VİDEO

Bakıda sürət həddi ən azı üç nəfərin həyatına son qoya bilərdi. 

News24.az xəbər verir ki, ötən gün Bakıda sürücü diqqətsizliyi səbəbində ağır yol-nəqliyyat hadisəsi baş verə bilərdi.

Yüksək sürətlə idarəedilən avtomobil yol kənarında dayanan 3 nəfərin üzərinə gedir və son anda sürücü sükanı əks istiqamətə çevirməyə nail olur. 

İdarəetməni itirən sürücü əks yola çıxaraq hərəkətdə olan digər nəqliyyat vasitələrinə çırpılır. 

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. 

Qeyd edək ki, son günlər paytaxt yollarında sürücü diqqətsizliyi səbəbindən baş verən qəzaların sayı artmaqdadır. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dəfələrlə sürücülərə çağırış xarakterli müraciətlər olunsa da, mövcud vəziyyət hələ də davam etməkdədir. /Oxu.Az/

Həmin görüntüləri təqdim edirik: