"Qadın ətri" filmi haqda maraqlı faktlar - FOTO - VİDEO
    • 13-12-2018, 11:22
    • 9 134

"Qadın ətri" filmi haqda maraqlı faktlar - FOTO - VİDEO

“Qadın ətri” draması iki fərqli insanın bir birinin həyata baxışını tam dəyişməsindən və hadisələrin sonrakı inkişafından bəhs edir.

1992-ci ildə işıq üzü görən ABŞ istehsallı filmin rejissoru Martin Brest, baş rollarda isə Kris Odonel və özünəməxsus oyun üslubu ilə tamaşaçıların qəlbini fəth edə bilmiş əfsanəvi Al Paçinodur. Qeyd edək ki, Al Paçino ilk Oskarını məhz bu filmə görə alıb.

News24.Az bu dəfə “Qadın ətri” filmi haqda 10 maraqlı fakt təqdim edir:

1. Film Djovanni Arpinonun “Zülmət və Bal” (Il buio e il miele, 1969) adlı romnanının motivləri əsasında ekranlaşdırılıb. 

2. Al Paçino öz roluna korlar üçün məktəbdə hazırlaşıb. Onun sözlərinə görə, kor görünməyə çalışarkən o, özünə baxışlarını nədəsə saxlamağa imkan vermirdi.

3. Rejissor Martin Best, filmin təyyarə və televiziyada nümayiş olunan versiyasından imtina edib.

4. İntizam iclası səhnəsində direktor Sleydə (Al Paçino) məşhur fraza ilə “Siz islah olan deyilsiz” deyə, xitab etmişdi. Bundan əvvəl eyni xitabı 1979-cu ildə “Hər kəs üçün ədalət” filmində Al Paçinonun oynadığı digər qəhrəmana da ünvanlamışdır. 

5. Sleydin küçədə zibil səbətinə ilişdiyi səhnə ssenariyə əsasən deyildi.

6. Frenk obrazı Ferrarinin sükanı arxasına oturan zaman körpü olan kadr göstərilir. Həmin kadrın eynisi 1983-cü ildə çəkilən “Bir dəfə Amerikada” filmində də göstərilmişdir. 

7. Polkovnik Frenkin Donna ilə tanqo oynadığı səhnədə Donnanın sırğaları gah peyda olur, gah da yoxa çıxır.  

8. Çarlinin Frenklə tanış olduğu səhnədə Frenk fincana viski tökür, növbəti kadrda isə fincan demək olar ki, boş olur.

9. Al Paçino və Qabriel Anvar tanqo rəqsini 2 həftəyə öyrənmişdilər. Həmin rəqs səhnəsini çəkmək 3 günə başa gəlib. 

10. Demək olar ki, oteldəki səhnələrin hamısı gecə çəkilmişd. Bu, otelin işinə mane olmamaq üçün idi.

Hazırladı: Səməd AĞAYEV