Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi bilindi
    • 19-05-2022, 01:36
    • 443

Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi bilindi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.

News24.az APA-ya istinadən xəbər verir ki, ittifaqın katibi Baba Vəziroğlu məlumat verib.

Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.