İnstagrama yeni funksiya gəlir
    • 19-05-2022, 11:46
    • 212

İnstagrama yeni funksiya gəlir

Daha əvvəl hekayələrin bəyənilməsinə imkan verən funksiyanı təqdim edən İnstagram indi hekayələrin göstərilmə üsulunu dəyişmək istəyir.

News24.az xəbər verir ki, bu funksiya istifadəyə verildikdə, istifadəçilər istənilən hesabdan paylaşılan hekayə postlarından yalnız 3-nü görə biləcəklər.

Qalan hekayələr "hamısına bax" düyməsinə toxunduqdan sonra görünəcək.

Test mərhələsində olduğu düşünülən yeni funksiya üzərində çalışmalar davam edir./Techtimes/