Bakıda yaşayış binasında yanğın - FOTO/VİDEO
    • 19-05-2022, 17:51
    • 636

Bakıda yaşayış binasında yanğın - FOTO/VİDEO

Bakıda yaşayış binasında yanğın başlayıb.

News24.az xəbər verir ki, yanğın Nəsimi rayonu, Füzuli küçəsində yerləşən dörmərtəbəli yaşayış binasında birotaqlı mənzildə baş verib.

Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin (FHN)  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Nazirliyin Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin verdiyi məlumata görə, yanğının baş verməsinin səbəbləri araşdırılır. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb.