Mağazadan siqaret alıb geri qayıdarkən öldülər - Azərbaycanda dəhşətli hadisə

Mağazadan siqaret alıb geri qayıdarkən öldülər - Azərbaycanda dəhşətli hadisə
HADİSƏ

20-05-2022, 10:20

Mətn ölçüsü

Ötən il mayın 5-də saat 22 radələrində Şabran rayonunun Gəndov kəndi ərazisində 2 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, Quba rayon sakini Xəyal Əhmədxanlının idarə etdiyi “VAZ-21723” markalı avtomobillə toqquşan “Mercedes” markalı avtmobilin sürücüsü, Gəndov kənd sakini E.İsmayılov Sumqayt Ağır Cinayətlər Məhkməsində mühakimə edilib.

Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitlərinin istismarı qaydalarını pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən 34 YAŞLI e.iSMyılov hadisəyə görə özünü qismən təqsirli bilib. O, deyib ki, həmin gün axşam atasını evə qyandan spnra maşına benzin vurdurmaq üçün yanacaqdoldurma məntəqəsinə gedib. Yolda saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən təxminən 20 metr öndə “VAZ” markalı avtomobilin qəfil dönmə əməliyyatı həyata keçirdiyini görüb. Bu zaman E.İsmayılov maşını sağa çəkərək ötüb keçmək istəsə də həmin avtomobil yenidən geri qayıdıb və toqquşma baş verib. 

Hadisə nəticəsində “Vaz”ın sürücüsü X.Əhmədxanlı, sərnişinləri – qardaşı Ə.Əhmədxanlı və həmyerlisi Əli Əzizov və daha 2 nəfər  xəstəxanaya yerləşdirilib, X.Əhmədxanlı və Ə.Əzizov orada ölüb.

Mərhum X.Əhmədxanlının qardaşı bildirib ki, qəzadan əvvəl maşını yol kənarında saxlayıb mağazaya daxil olublar və siqaret alandan sonra avtomobillə dönərək geri ayıtmaq istəyiblər. Qəza da bu zaman baş verib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi E.İsmaylovu baş vermiş hadisədə təqsirkar bilib və ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.