“Azərbaycanfilm” Kinostudiyasında yanğın - YENİLƏNİB - FOTO
    • 20-05-2022, 15:23
    • 470

“Azərbaycanfilm” Kinostudiyasında yanğın - YENİLƏNİB - FOTO

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının ikinci mərtəbəsində, sahəsi 12 m² olan otaqda (istifadə olunmayan) taxta və karton tullantıları yanıb.

FHN-dən News24.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib, 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***

13:40


Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN əməkdaşları cəlb edilib, qısa müddət ərzində yanğın söndürülüb:

"İlkin məlumata görə, hadisə zamanı 15-16 kvadartmet ərazi yanıb. Əlavə məlumat veriləcək".