Zelenski Ərdoğandan xahiş etdi - “Mriya”nı düzəldin
    • 21-05-2022, 00:39
    • 257

Zelenski Ərdoğandan xahiş etdi - “Mriya”nı düzəldin

Ukrayna əfsanəvi dünyanın ən böyük təyyarəsi AN-225 “Mriya” nı yenidən bərpa etmək istəyir.

News24.az Teleqraf.com -a istinadən xəbər verir ki, yeni təyyarənin tikintisi ən azı 800 milyon dollara başa gələcək.

Ukrayna prezidenti Zelenski bildirib ki, o, Türkiyə prezidentinə ikinci “Mriya”nın tikilməsi təklifi ilə müraciət edib: "Pul tapa bilmədik.

Lakin bu, pul məsələsi deyil, ambisiya məsələsidir. Bu, dövlətimizin və bu müharibədə həlak olan bütün mükəmməl peşəkar pilotların imicinə aid məsələdir”, - deyə Zelenski vurğulayıb.

Yeni Mriya həlak olan ukraynalı pilotların xatirəsinə həsr olunacaq.