Bu gün paytaxtın 503 küçəsi yuyuldu - FOTO
    • 21-05-2022, 17:58
    • 346

Bu gün paytaxtın 503 küçəsi yuyuldu - FOTO

Bu gün paytaxtda yaz mövsümü ilə əlaqədar təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

News24.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 503 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də iştirak ediblər.