Evindən 22  “KamAZ” zibil çıxdı - FOTO
    • 13-12-2018, 16:45
    • 1 103

Evindən 22 “KamAZ” zibil çıxdı - FOTO

Türkiyənin Mersin şəhərində qeyri-adi hadisə yaşanıb.

News24.az xəbər verir ki, bələdiyyə işçilərinə sakinlər tərəfindən verilən şikayətdə yaşadıqları məhəllədən kəskin pis qoxu gəldiyi bildirilib.

 Sözügedən yerə gələn işçilərin baxışı zamanı məhəllə sakinlərindən birinin evinin içini zibillə doldurduğu məlum olub.

 Təmizlik işləri bitdikdən sonra evdən 22 “KamAZ” zibil və 60 ton dəmir çıxdığı məlum olub. Ev sahibinin niyə belə etməsi araşdırılır.

Hansısa xəstəliyin yayılmasının qarşısını almaq üçün həmin sahədə dezinfeksiya işləri aparılıb.

Şəlalə AĞAYEVA