Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır
    • 23-05-2022, 14:34
    • 251

Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb.

İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.