Küveyt hava limanı qum qasırğasına görə bağlanıb
    • 23-05-2022, 18:13
    • 270

Küveyt hava limanı qum qasırğasına görə bağlanıb

Küveytdə şiddətli qum qasırğası ilə əlaqədar paytaxtın beynəlxalq hava limanı işini dayandırıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi bildirib.

Qeyd olunur ki, hava limanının işi görüntü səviyyəsi yaxşılaşan kimi bərpa olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl qum qasırğası ilə əlaqədar İraqın beş hava limanı işini dayandırmışdı.

Bağdad və Ərbil hava limanları işini bərpa etsə də, Süleymaniyyə, Kərbəla və Nəcəf aeroportları bağlı qalır. Bu gün, həmçinin İraq ərazisində qeyri-iş günü elan edilib. /Trend.az/