Ötən gün ərzində törədilən 48 cinayətin üstü açılıb
    • 24-05-2022, 11:16
    • 171

Ötən gün ərzində törədilən 48 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.

News24.az xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.