Taliban hava limanlarının istismarında BƏƏ ilə əməkdaşlıq edəcək
    • 24-05-2022, 12:14
    • 234

Taliban hava limanlarının istismarında BƏƏ ilə əməkdaşlıq edəcək

Taliban Əfqanıstanda hava limanlarının istismarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlıq üçün saziş imzalayır.

News24.az xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan Talibanın Baş nazirinin müavini Molla Əbdül Qani Baradar mətbuat konfransında deyib.

"Əfqanıstan təsirə məruz qalmış ölkədir, biz hamı ilə yaxşı münasibətlər qurmaq istəyirik. Biz istəyirik ki, hamı Əfqanıstana sərmayə qoysun", -o deyib. /Apa.az/