“İşğalın sona çatmasının verdiyi xoşbəxtlik Şuşada da hiss olunur" - Türkiyənin Baş Ombudsmanı
    • 24-05-2022, 16:45
    • 422

“İşğalın sona çatmasının verdiyi xoşbəxtlik Şuşada da hiss olunur" - Türkiyənin Baş Ombudsmanı

“İşğalın sona çatmasının verdiyi xoşbəxtlik bütün Azərbaycanda hiss olunduğu kimi Şuşada da hiss olunur.”

Bunu News24.az-a açıqlamasında  Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç deyib.

Ombudsman ikinci dəfə Şuşaya gəldiyini deyib: “2021-ci ilin sentyabrında biz buraya gəlib, Ermənistanın beynəlxalq hüquq normlarını pozmasını qanuniləşdirmişdik. Həmin səfər zamanı Ermənilərin Ağdam, Füzuli, Şuşada dağıtdığı tarixi və memarlıq abidələrini müəyyənləşdirdik, eyni zamanda minalı ərazilər haqqında hesabat hazırladıq”.

Jurnalistlərin “ilk gəlişinizdən bugünədək nə dəyişib?” sualına Şərəf Malkoç "insanların üzündəki təbəssüm dəyişib”, - deyə cavab verib: “İlk gəlişimdən bu yana bir neçə şey dəyişib. Füzuli Hava Limanı açılıb, "Zəfər Yolu" artıq istifadəyə verilib, ən əsası isə insanlar indi daha xoşbəxt görünür”, - deyə o qeyd edib.