-
- 24-05-2022, 21:35
- 453
Azərbaycanda klub prezidentindən yeni ixtira - Dünyada ilk
Gəncə İdman Klubun prezidenti Elvin Abbasov yeni ixtira edib.
Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira olunub. “Suqovuşan” adlanan cihazı “Gəncə” idman klubun prezidenti, “Virtual Azərbaycan” şirkətinin rəhbəri, ixtiraçı Elvin Abbasov hazırlayıb.
Qurğu ilə bağlı açıqlama verən E.Abbasov bildirib ki, bu qurğu vasitəsilə suvarma kanallarından daha səmərəli istifadə etmək mümkün olacaq: “Dünyada ilk dəfə Azərbaycanda ixtira edilən bu cihazı hazırlamaqda əsas məqsədimiz suvarma suyundan səmərəli istifadəyə şərait yaratmaqdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi ərazilərdən biri də Suqovuşan qəsəbəsidir. Həmin cihazımıza da suvarma və elektrik enerjisi baxımından ölkəmiz üçün əhəmiyyəti böyük olan Suqovuşanın adını verdik”.
İxtiraçı qeyd edib ki, bu innovativ ixtirada yeni bir yanaşma tətbiq edilib. Belə ki, bu mobil qurğu ilə əziyyətə qatlaşmadan yalnız 2 dəqiqə ərzində suvarma kanalı ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Bu cihazda 3 sensor var.
Onlardan biri kanalın dərinliyini və en kəsiyini ölçməklə onun 3D modelini yaradır. Digər iki sensor isə suyun sürətini ölçür.
Nəticədə en kəsiyi ilə sürəti hesablayır və ümumilikdə o kanaldan müəyyən zaman kəsiyində nə qədər su keçdiyini öyrənir.
Bu o deməkdir ki, yeni ixtira nəticəsində maksimum 2 dəqiqə ərzində su ilə bağlı lazımi məlumatları əldə etmək mümkün olacaq. “Suqovuşan”ın hesablayıb əldə etdiyi bütün məlumatlar onlayn rejimdə onu idarə edən şəxsin mobil telefonunda olan mobil əlavədə əks olunacaq.
E.Abbasov diqqətə çatdırıb ki, bu, onun ixtira etdiyi dördüncü qurğudur və həmin cihazdan kiçik kanallarda istifadə edilməsi daha effektivdir: “Bu daha çox kiçik kanallarda effektiv nəticə verə bilər. Çünki iri kanallarda “Hidro post”lar var və onun vasitəsilə sabit ölçmə işləri aparmaq mümkündür.
Kiçik kanallarda isə əvvəlki qurğularla ölçülər aparmaq həm bahalı, həm də vaxt alan prosesdir. Torpaq özüllü kanallar daimi olmadığına görə, onlarda bu növ səyyar qurğulardan istifadə etmək tövsiyə olunur. Qurğu, həmçinin kanallarda olan suyun temperaturunu da ölçməyə imkan verir”.
İxtiraçı əlavə edib ki, rəsmi məlumatlarda Azərbaycanda suvarma kanallarının ümumi uzunluğunun 52 min kilometr olduğu deyilir. Həmin kanalların 73 faizi torpaq məcralı kanallardır, bu isə təxminən 38 min kilometrdir.
Ölkəmizdə ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektara bərabərdir. Şirin su ehtiyatlarının 29,9 faizi ölkə ərazisində formalaşır, qalan 70,1 faizi isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsilə Azərbaycan ərazisinə gəlir.
Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır. Qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur./Teleqraf.com/