Azərbaycanda orqan transplantasiyası üçün ayrılan vəsait artırılacaq
    • 25-05-2022, 14:25
    • 741

Azərbaycanda orqan transplantasiyası üçün ayrılan vəsait artırılacaq

“Azərbaycanda orqan transplantasiyası, uşaqlarda ürək qüsurunun aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasına baxacağıq”.

News24.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində danışıb. Bununla belə, nazir artımın nə qədər olacağını açıqlamayıb.