Nərgiz Rusiyaya buraxılmadı
    • 25-05-2022, 18:20
    • 729

Nərgiz Rusiyaya buraxılmadı

Rusiyanın populyar müğənnisi Nərgiz Zakirova Daşkənddən Moskvaya qayıdarkən saxlanılıb. 

News24.az Olay-a istinadən xəbər verir ki,  “Domodedovo” hava limanından buraxılmayıb. Qeyd olunub ki, o, Özbəkistana deportasiya olunacaq. 

“Nərgiz Zakirova Rusiyaya buraxılmayıb. O, hazırda Daşkənddən uçduğu “Domodedovo” hava limanındadır”, - deyə vesti.uz-un məqaləsində bildirilir. 

Qeyd edək ki, sənətçi apreldə Ukraynadakı vəziyyət fonunda Özbəkistana qayıtmışdı. Müğənni son zamanlar Rusiya ilə bağlı sərt açıqlamaları ilə də diqqət çəkmişdi.