Türk ombudsmanlarının Şuşa təəssüratları- - VİDEOREPORTAJ
    • 25-05-2022, 20:33
    • 535

Türk ombudsmanlarının Şuşa təəssüratları- - VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, dünən "TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu Şuşaya səfər ediblər.

News24.az xəbər verir ki, səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak ediblər. 

Qonaqlar Şuşa şəhərinin Ermənistan işğalı altında saxlandığı müddət ərzində Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini irs nümunələrinin dağıdılması və təhqir edilməsi faktları ilə yerində tanış olaraq, ombudsman Səbinə Əliyeva tərəfindən məlumatlandırılıblar.

Səfərdən hazırlanan videomaterialı təqdim edirik: 

FOTO: Teymur Məmmədov
VİDEO: Nicat Niftəliyev